Əxlaqçılıq

Əxlaq bir toplumda yaxşı-pisi, doğru-yanlışı və uyğun-uyğunsuzu bir-birindən ayıran dəyərlər və etiklərdir. Əxlaq, toplumsal təcübələrdən və vicdanımızdan qaynaqlanan və toplumun, adət, ənənə və inanclarına girmiş, dayanışma ruhudur. Əxlaq hər kəsin etdiyi şeylər deyil, hər kəsin etməsi gərəkən şeylərdir. Əxlaq millətləri çökməkdən qurtarıb, qoruyan doğal bir qurtarıcıdır. Əxlaq və ərdəm, qərarlarımız və əməllərimizin rəhbəri, doğru idarənin əsası, yaxşıları əldə etməyin gücü və milli ruhun zinətidir. Əxlaqçılıq, öz xalqına məsuliyyət hissi duyub, ediləcək doğru ilə, edilməyə haqqın olanlar arasındakı fərqi bilməkdir. Yəni şəxsi mənfəətlər ardınca getmək yerinə, millətimizin və milli hərəkətin çıxarlarına adanmaqdır.
başarı, əxlaqdan sonra gələr. Milli hərəkətimiz, içdən gələn bir sevgi, əxlaq və Rasionallıq ilə idarə olunmasa, çöküb yox olar. Milli hərəkətimizin irəliləməsi, yalnız böyük eyləmlər və təşkilatların qurulmasına bağlı deyil, milli fəallarımızın əxlaqi dəyərlərinə də bağlıdır. Çünki bir hərəkətin dəyəri, onu müdafiə edən insanların dəyəri qədər olar. Böyük davalar, şəxsiyyətli və əxlaqlı insanların çiyinlərində zəfərə yetişər. Güney Azərbaycan milli hərəkəti, yanlış və uyğunsuz davranışlardan uzaq duran, əxlaqlı və etik insanların hərəkətidir. Əxlaq və siyasi etika, eyni zamnda bir liderlik məsələsidir. Doğru lider, əxlaq və siyasi etika nümunəsi olar və toplumun əsas quruluşu və dəyərlərinin zəifləməsinə səbəb olmaz və başqalarının da zəiflətməsinə icazə verməz. Yalnız özünün doğru bildiyi əxlaqi dəyərlərlə deyil, yayğın şəkildə xalqımız tərəfindən qəbul edilən əxlaqi dəyərlərə də diqqət edib onları siyasi gücə çevirər.
Hər milli fəal, yeni bir həyat və böyük ideallar üçün mücadilə edən, topluma yön verməyə çalışan, insanların baxışlarını, davranışlarını və reaksiyalarını formalaşdırmağa çalışan, ilkəli və inanclı bir insandır. Davasını anlayan, davasına inanan, davasını öz həyatında yaşayan və gücü yetdiyi qədər, davasını başqalarına anlatan, ilkə və əməl sahibi olan, əxlaqlı bir insandır. Güney Azərbaycan milli fəalı, insanların həyatına təsir edən hər fəaliyyətində, əxlaq çərçivəsində olmalıdır və ümumi əxlaq, siyasi etika və məsuliyyət əxlaqı çərçivəsində fəaliyyət etməlidir. Burada söz qonusu, əxlaq nümunəsi olmaq dəyil, milli hərəkətimizi soru altına aparacaq davranışlardan və millıtimizin inanc və yaşam tərzinə təhqir və hörmətsizlikdən uzaq durmağı qəsd edirik. Çünki hər milli fəal, Güney Azərbaycan və Türklüyün bir bayrağıdır, bayrağımızın ləkələnməsinə icazə verməməlidir. Siyasi etika olaraq vəzifələrin ədalətli və tərəfsiz paylaşımını sağlayıb, öz vəzifələrinə də sədaqətli və tutarlı şəkildə əməl etməlidir. Onunla fərqli düşünən milli fəallara və təşkilatlara alçaldıcı sözlər deməməlidir və iftira atmamalıdır. Başqasını tənqid etmədən öncə özünə baxmalıdır. Etdiyi işlərin və nəticələrinin məsuliyyətini qəbul etməlidir. Eqodan, təkəbbürdən və hırsdan uzaq durmalıdır. Bunu bilməlidir ki, nə qədər çalışqan və milli hərəkətimizə faydalı və önəmli biri olsa da, hırsları, ideallarının önünə keçsə, istər-istəməz, ya ətrafı dağılar, ya da milli fəaliyyətdən geri çəkilmək məcburiyyətində qalar. Elə milli hərəkətimiz də, əsl o zaman zərər görər.
Siyasi fəaliyyətlərin böyük fəlakət və dərdlərə səbəb olma ehtimalı yüksəkdir. Fəaliyyət və eyləmlərimizin, istəməyərək olsa da, səbəb olduğu yanlışlıqlar və dərdlərin məsuliyyətindən qaçma haqqımız yoxdur. Hədəfimizin böyüklüyü və niyyətimizin yaxşı olması, bizə onların nə qiymətə olursa olsun etmə haqqını verməz. Bunun adı sorumluluq əxlaqıdır. Güclənməyə çalışırkən özlüyümüzü, etiklərimizi və ədalət duyğularımızı ayaq altına almamalıyıq. Əxlaq şəxsi bir disiplindir, başqalarını ya da təşkilatımızı öz disiplinsızlığımızdan və yanlışlarımızdan məsul tutmamalıyık.