Strategiya, müəyyən ilkələr ilə məqsədə çatmağın yolunu göstərən şüurlu və bilincli bir yol planıdır. Strategiya bir düşüncə tərzi, qərar vermə şablonu və savaş sənətidir. Gündəlik fəaliyyətlərin üstünə çıxıb, böyük mənzərəni və üfüqdən sonrasını görüb, uzunmüddətli uğur qazanmaqdır. Uzaqdakı şeyləri yaxındaymış kimi görüb, yaxındakına uzaqdan baxmaqdır. Planlamanın başlanğıc nöqtəsidir. Bir hədəfə gedən yolu və planı düşünüb, plana sadiq qalmaqdır. Qazanarkən belə planı kölgədə buraxmamaqdır. Nələr edəcəyimiz qədər nələr etməyəcəyimizi də bilməkdir. Ehtiyac olmayanı ortadan qaldırıb, ehtiyac olana fokuslanmaqdır.
Strategiyasız savaş məğlubiyyətdən öncəki bir gürültüdür. Strategiyası olmayan, düşmənin planının bir parçası olar. Düşmənin planının bir parçası olub, güclənməsinə yol açanın da özü məhv olar. Strategiyada çıxmaza girən bir hərəkəti, heç bir ilkə, taktika və eyləm qurtara bilməz, amma ən güclü strategiya da, özü özünü icra edə bilməz. Hədəfə çatmaq üçün istəyib, inanıb, xəyal edib, tərh töküb, planlayıb və cəsarətlə hərəkətə keçməliyik. Bu dünya bizə düşüncələrimiz qədər deyil, hərəkətimiz qədər verər.