Plan və taktikalarımız ümumiyyətlə “Fürsət yarat, Fürsəti yaxala və Fürsəti yönət” formunda olmalıdır. Fürsətlər fərqli şəkillərdə yarana bilər. Bəzən düşmən, bilmədən səhv edib bizə fürsət yarada bilər. Düşmən səhv etdiyində, sözünü kəsməyib, onu bir fürsət kimi dəyərləndirməliyik. Ancaq bunu da bilməliyik ki, ümid bir strategiya deyil, oturub fürsətləri gözləmək olmaz. Əsl fürsətləri özümüz yaradmalıyıq. Bizim hər zaman üçün planlarımız olmalıdır və o planlarımız əsasında, sosial gücümüzə dayanaraq, fürsətlər yaradıb, yönətməliyik. Strategiyada nə qədər gizlilik və diqqət önəmlidirsə, taktikalarda da müşahidə və sürət önəmlidir. Fürsəti yaxaldığımızda sel kimi axımalıyıq. Planlarımız çevik və uyğunlaşan olsa, həm bir addım məqsədə doğru irəliləyərik, həm də gücümüzü artırarıq. Hər zaman özümüz seçdiyimiz yerdə, öz zamanımızda savaşmaliyiq. Kontrolu hər zaman öz əlimizdə tutub, düşmənin əlinə keçməsinə icazə verməməliyik. Bunun üçün fürsəti dəyərləndirib, aksiyaya keçməyi bildiyimiz kimi, müəyyən qazanclar əldə etdikdən sonra, geri çəkilməyi də bilib, insanlarımızın ən az zərər görməsinə də diqqət etməliyik.
Yalnız milli hökumətimizin qurulması ya da Güney Azərbaycanın bağımsızlığına aparacaq fürsətlər deyil, bizi bir addım irəli aparacaq hər fürsəti dəyərləndirməliyik. Hər fürsətdən planladığımız qədər istifadə etdikdən sonra durub, yeni bir hərəkət planlamalıyıq. Uzaq məsafələrə çatmaq, yaxın məsafələrə getməklə mümkün olar. Yüzlərcə fürsəti doğru yaxalayıb, doğru yönətdikdən sonra, güclənib, milli dövləti qurmağa hazır olacağıq. Yetərincə güclü və hazırlıqlı olsaq, böyük fürsətlir yaxalayıb ya da yaradıb, böyük hərəkətlər başlada bilərik. O zaman, tarixi dəyişikliklər, dünyanın güc dinamiklərindəki dəyişikliklər, savaşlar, gözlənilməz hadisələr, böyük xalq üsyanları və buna bənzər fürsətləri yaxalayıb, əlimizdəki güc və planlarımız ilə, Güney Azərbaycanda idarəçiliyi ələ keçirib, milli hökuməti qura bilərik.
Bütün planlarımızda və taktikalarımızda milli hərəkətimizin tabanı yəni sosial bazasının qorunmasına da diqqət etməliyik. Bir hərəkətin tabanı, onu təmsil edən siyasi elita və təşkilatlar tərəfindən dəstəklənib, sahib çıxılmazsa, o hərəkət və taban kütləyə, başqaları sahib çıxar və öz istədikləri istiqamətdə yönləndirər. Bütün fəaliyyətlərimizdə, türk dilində və Azərbaycan ilə əlaqəli çıxışlar və şüarlarımız olmalıdır. Milli hərəkəti əks etdirən simvollar və bayraqları önə çıxarmalıyıq. Millətimizin hərəkət və aksiyalarına sahib çıxıb, zəfərlərini (nə qədər kiçik olursa olsun) qeyd edib qutlamalıyıq.