Özgürlükçülük

Özgürlük çörəkdən daha dadlı, günəşdən daha gözəldir. Xoşbəxtliyin sirri və tarixin itirilməyən dəyəridir. Kim olduğunu bilib, olduğun kimi yaşamaqdır. Özgürlük yoldan çıxmaq deyil, istədiyin yola getməkdir, yəni öz beyninlə düşünüb, doğru olduğuna inandığın şeylər üçün mücadilə etməkdir. Özgürlük bir bütündür, ona şərt qoyulmaz və tamamilə qazanılana qədər heç qazanılmamışdır. Milliyət özgürlüğü, cinsiyyət özgürlüğü, inanc özgürlüğü, düşüncə özgürlüğü və hətta heyvanların özgürlüğü, bir bütündür və bir-birinə bağlıdır. Onların hamısı və hamı üçün təmin olunana qədər, heç kim özgür deyildir. Özgürlük bir haqq deyil, bir insanlıq vəzifəsidir. Kiçik çıxar və vədlərə aldanıb özgürlüğünün tamı ya da bir qismini tərk edən insan, əslində insanlığından və vəzifələrindən əl çəkmişdir.
Hər ayrı-seçkilik özgürlüğə bir saldırıdır və fəlakətlərin əsas səbəbidir. Ayrı-seçkiliklərin qaynağını bilmədən özgürlük olmaz və nə qədər mücadilə etsək də, onun səbəb olduğu fəlakətlərdən qurtulmaq olmaz. Güney Azərbaycan milləti, Türk olduğu üçün, ayrı-seçkiliklərə, təhqirlərə və dışlanmalara məruz qalıb, fəlakətlərə düşübdür. Bunun üçün Güney Azərbaycan Türklərinin, əsarət zəncirlərindən qurtuluşu və özgürlüğü, ancaq Türklüyünə sarılıb, milli dövlətini qurub, özü özünü idarə etmək ilə mümkündür. Milli dövlətimiz olmayana qədər və özümüz özümüzü idarə etməyənə qədər, azad ola bilməyəcəyik. Ayrı-seçkiliklər, təhqirlər və dışlanmalar davam edəcək və fəlakətlər içində yaşayıb, özgür olmadığı üçün məhv olan başqa millətlər kimi, məhv olacağıq.
Bizim özgürlük mücadiləmiz, keçmişdən gələn ən dəyərli xəzinəmizdir. Biz bir ömür təhqir və fəlakət içində yaşayıb ölmək yerinə, şərəf və ləyaqətimiz ilə özgürlüğümüz üçün savaşaraq bu yolda ölməyi tərcih edərik. Amma bunu da bilirik ki, bütün güc və iradəsi ilə özgürlük mücadiləsi edən bir millətin qarşısında heç bir güc dayana bilməz. Güney Azərbaycan milli fəalları, özgürlük və ədalət mücadilələrində, kölə olmağı və başqalarını kölə etməyi qəbul etməyən, şərəfli bir bayrağın daşıyıcılarıdırlar. Onlar, uğrunda ölünəcək qədər dəyərli və haqlı davamızı, cəsarət, ürəklilik, atılqanlıq və ilkələrimizə sarılaraq, hədəfə doğru aparmağı, bir insanlıq vəzifəsi bilən qəhrəmanlarımızdır.
Yüz ildən çoxdur Güney Azərbaycanı boş vədlərlə aldadıb məşğul ediblər. Gəlin birlikdə İran hökumətinə qarşı savaşaraq onu islah edib ya da dəyişdirib, daha demokratik edək, sonra Azərbaycanın payını da alarıq deyiblər. Yüz ildən çoxdur ən böyük dərdimiz yəni özgürlüğümüzün oğurlandığını, dövlətsizliyimizi və işğal altında olduğumuzu unudub, kiçik dərdlərlə uğraşıb boğulub qalmışıq və hər dəfə qazandıq dediyimizdə görmüşük ki, əslində onlar qazanıb biz məğlub olmuşuq. Artıq böyük davamız, yəni Güney Azərbaycan üçün milli dövlət qurma və qurtuluş mücadiləsinin zamanı çoxdan gəlmişdir. Biz Güney Azərbaycan milli hərəkəti olaraq bir daha kiçik dərdlər uğruna amacımızdan keçməyəcəyik. Bir daha heç bir taktiki və kiçik başarılar uğruna dövlət qurma hədəfimiz və ilkələrimizdən yəni kimliyimiz, özgürlüğümüz, Türklüyümüz və vətənimizdən keçməyəcəyik. Görəcəyimiz iş başarısız olacaqsa olsun. Başarısızlıq ölümcül dəyil, önəmli olan dəvam etmə cəsarətini göstərməkdir. Haqlı mücadiləmiz, bir neçə yanlış və başarısız iş ilə məğlub olmaz. Biz başarısız olduğumuzda deyil, vaz keçdiyimizdə məğlub olarıq.