Uluslararası Huquqda Milli Dövlət

Güney Azərbaycan milli hərəkətinin əsas istəyi, qəsb olunmuş və istismar olunmuş dövlətçiliyini geri almaqdır. Bizim heç kimin vətənində ya da dövlətində gözümüz yoxdur. Biz, min illərdir babalarımızın idarə etdiyi, amma son yüz ildə qəsb olunmuş öz dövlətimizi yenidən qurmaq istəyirik. Siyasi müstəqillik istəyimizin qanuniliyinin ana qaynağı da budur. Bununla bərabər, Güney Azərbaycan milləti demokratik haqlara dayanaraq, öz taleyini təyin etmə haqqına da sahibdir. Eyni zamanda yüz ildir Güney Azərbaycan Türkləri, İran dövləti çərçivəsində, demokratik və milli haqlarının təmin olunması üçün, davamlı Mücadilə edibdir. Amma bütün İran hakimiyyətləri, bu barışçıl və demokratik istəklərə qarşı, amansız və nisbətsiz şiddət, cinayət və qətliamlar ediblər. Artıq İran dövləti çərçivəsində, Güney Azərbaycanın demokratik haqlarının təmin olunmasının mümkünsüz olduğu, sübut olunub. Buna görə də, Güney Azərbaycana, siyasi müstəqillikdən başqa bir yol qalmayıbdir. İran dövlətinin Azərbaycana qarşı qətliamlar və insanlıqdan kənar cinayətləri və millətimizin yüz illik mücadiləsi, hərəkətimizin digər meşruiyət qaynağıdır.

Uluslararası Huquqda Milli Dövlət


Bir milli hərəkət, milli mücadilə edib, milli dövlətini qurar, sonra müstəqillik elanı və başqa ölkələrin rəsmiyətə tanıması ilə son hədəfinə çatar. Bu mərhələlərin hər birinin fərqli strategiyaları və hüquqları vardır.

  • Milli mübarizə və qurtuluş savaşı, hər millətin insani haqqıdır və dünyanın bütün azade insanları, qurtuluş mücadiləsi edən mübarizlərə hörmət göstərər. Terror və insanlıq cinayətlərinə qarışmadan, hər cür silahsız ya da silahlı qurtuluş savaşı, bütün beynəlxalq quruluşlarda və hüquqda, qəbul edilmiş bir haqqdır.

  • Özünü təmsil edən milli hökumətini qurub, idarəsini öz əlinə keçirib, öz torpaqlarında suverenliyini təmin etmək, bir millətin ən demokratik haqqıdır və öz taleyini təyin etmə haqqının ən əsas təcəllisidir. Öz torpaqlarında otoritesini təmin etmiş və vətəndaşlarının insani haqlarına hörmətli yanaşan bir milli hökumət, müstəqillik elan etsə də-etməsə də, başqa ölkələr tərəfindən rəsmiyətə tanınsa da-tanınmasa da, beynəlxalq hüquqda, bir dövlət hüququna malikdir.
  • Hər dövlət, milli məclis və millətinin onayı ilə müstəqillik elan etmə haqqına sahibdir.
  • Müstəqillik elan etmiş bir dövlət, fərqli şərtlərdə, başqa ölkələr və təşkilatlar tərəfindən rəsmiyətə tanına bilər. Beynəlxalq hüquqda, bu mövzuda hər nə qədər qeyri-müəyyənlik və mübahisə olsa da, bir ölkənin başqa ölkəni rəsmiyətə tanıma mövzusu, tamamilə real siyasətlə əlaqəlidir. Güney Azərbaycanın müasir və inkişaf etmiş mədəniyyəti, insani gücü, zəngin coğrafiyası, geosiyasi mövqeyi və qardaş ölkələrin dəstəkləri, bu mərhələdən də keçə biləcək potensialın zəmanətidir.

Biz Güney Azərbaycan milli hərəkəti olaraq birinci mərhələ, yəni milli mücadilə və qurtuluş savaşı mərhələsindəyik. Bugün, tək hədəfimiz bir sonrakı mərhələyə çatmaq, yəni milli dövlətimizi qurmaqdır. Bütün mücadilə və enerjimizi, ona sərf etməliyik. Bütün strategiya və taktikalərimiz, bizi ona doğru bir addım aparmalıdır.