Milli Hədəfdən Caymamaq

Mücadilə sırasında gündəlik olaylara qapılıb tək amacımızı unutmamalıyıq. Milli hərəkətin hədəfi, Güney Azərbaycan dövlətini yenidən qurmaqdır. Atdığımız hər addım və söylədiyimiz hər söz, bizi bu hədəfə yaxınlaşdırmalıdır. Güney Azərbaycan milli hərəkəti, İran rejiminin içəridə və xaricdə olan müxalifəti ilə eyni hədəfi güdmür. Onlar İran və İran dövlətçiliyini qoruyub, daha güclü etmək üçün, rejimin dəyişməsini istəyirlər. Onlar yalnız hökumətə qarşıdırlar, irançılıq və fars faşizminə deyil. Milli hərəkətimiz isə, bu ədalətsizliklər və fəlakətin səbəbini, ilk baıda, İran dövlətçiliyi və onun quruluş fəlsəfəsi olan fars faşizmində ardından da bugün faşizmin təmsili olan islam cumhuriyətində görür. Bizi düşmənimiz, İran dövlətinin tamamıdır və Güney Azərbaycanin tək qurtuluş yolu, İran dövlətindən qurtulub öz dövlətini qurmaqdan geçər. Elə buna görədir ki İrana hakim olan hər hansı bir hukumət, nə qədər gücsüz, bacarıqsız və meşruiyətsiz olsa, bir o qədər yaxşıdır və Güney Azərbaycan milli hərəkətinin uğuru və milli dövlətimizin qurulmasının xərci də o qədər az olar. Irana Hakım olan rejimin yıxılması ya da dəyişməsi, tək başına bizi fəlakətdən qurtarmaz. Onun yerinə gələn hər hökumət, yenə də irançılıq faşizmi ilə, Azərbaycanı əzməyə çalışıb, ondan daha faşist və ədalətsiz ola bilər.
Güney Azərbaycanı, milli dövlətə layiq bir millət kimi qəbul etməyən müxalifət təşkilatlar və başçıları ilə ortaq plan qurub, bərabər hərəkət etmək mənasızdır və milli hərəkətimizə zərər verər. Hər kəslə anlaşmaq və orta yol tapmaq, hər zaman doğru bir strategiya deyil. Quzeyə getmək istəyən biri, eyni zamanda güneyə gedə bilməz ya da güneyə gedən biri ilə ortaq yol planı qurub hərəkətə keçə bilməz.

Mücadiləmizin irəliləməsi üçün lazım olan yerlərdə, Türk dünyası təşkilatları, uluslararası təşkilatlar, hətta İrandakı başqa millətlərin təşkilatları ilə, ilkələrimiz və hədəfimiz doğrultusunda taktiki koordinasiyalar sağlana bilər. Amma heç bir qurum, quruluş, təşkilat, partiya və s. nə qədər əhatəli olsa da, Güney Azərbaycanın taleyi və torpaqları mövzusunda, mərkəzçi müxalifət və başqa etniklərin təşkilatları ilə müzakirəyə girə bilməz. Çünki nə onlar Güney Azərbaycan millətinin hamısını təmsil edir, nə də mərkəzçi müxalifət və başqa etniklərin təşkilatları öz xalqlarını təmsil edir. Heç biri də mənsub olduqları xalqların tərəfindən qərar verəcək yetki və yetkiyə sahib deyillər. Yalnız Güney Azərbaycanı təmsil edən bir dövlət olduğunda, o dövlət, başqa dövlətlər ilə müzakirəyə girə bilər və Güney Azərbaycanın torpaqları və taleyi ilə əlaqəli qərar ala bilər. Bunun üçün milli dövlətimiz qurulana qədər, Güney Azərbaycan milli hərəkətinə mənsub təşkilatlar və milli fəallar, yalnız və yalnız, Güney Azərbaycan milli dövlətinin qurulmasına odaqlanmalıdır və ona çatmaq üçün mücadilə etməlidir.