Xalqçılıq

Xalqçılıq, xalqın hür iradəsini, demokratiyanın təməl daşı bilib, hər şeyin mərkəzinə almaqdır. Xalqımıza qarşı sorumluluq və vəfa duyğusudur. Xalqımızın maddi və mənəvi varlığını qoruyub gəlişdirməkdir. Xalqın səsini duyub, xalqın dili ilə səslənərək, onların sevgi, güvən və dəstəyini qazanmaqdır. Xalqımızın düşüncələrinə, inanclarına və adət-ənənələrinə hörmətlə yanaşmaqdır. Onlar üçün hər cür fədakarlığa hazır olub, yeri gəldiyində, şəxsi mənfəətlərdən əl çəkməkdir. Xalqımızı Güney Azərbaycan milli hərəkətinə cəlb edib, milli hərəkətdə tutub, bilincləndirib, birliyini və dayanışmasını sağlamakdır.
Keçmiş yüz ildə, Güney Azərbaycanın bir çox aydın və oxumuş insanı, öz millətinə xəyanət edərək, işğalçı İran istismarinin maşası olubdur. Bugün xalqımızın uğradığı zülmlər, ədalətsizliklər və fəlakətlərin bir çoxu, elə onların irqçi İran dövləti ilə iş birliyi nəticəsində başına gəlibdir. Bunun üçün güney Azərbaycan Türklərinin bir çoxu, elita və aydınlara qarşı, hətta onlar üçün malından və canından keçən milli fəallara qarşı, güvənsizdir və qurtuluşuna da ümidini itiribdir. Bu ümidsizlik də, xalqımızın durğunluğuna səbəb olub, böyük hərəkətlər və hücumlar qabiliyyətini azaldıbdır. Güney Azərbaycan milli hərəkəti, doğru planlar ilə, xalqımızın güvənini qazanmalıdır, onlara sahib çıxıb, onların səsi olaraq, yardımsız və dəstəksiz olmadıqlarının güvənini verməlidir. Əzilən xalqımıza, yalnız olmadıqlarını göstərib, arxalarında, dünya səviyyəsində bir siyasi güc və milli hərəkətin olduğunu göstərməlidir.
Xalqımız haqlarını almaq gücünə sahib olduğuna inanmasa, haqlarına necə yetişəcəyini də düşünməz. onlara gücünü anladıb, ümidləndirib və enerjisini milli hərəkətin hədəfi yönündə səfərbər edib sosial gücə çevirməliyik. Xalqımız, Güney Azərbaycan milli hərəkətinin gücünün gerçək qaynağıdır, onu istifadə edə bilməsək itirərik. Bunun üçün, Güney Azərbaycan milli hərəkəti, başdan sona qədər xalqın hərəkəti olmalıdır. Xalqımızın izlədiyi bir hərəkət deyil, oyunçu olduğu bir hərəkət olmalıdır.
Bizim mücadiləmizin kökündə sevgi var. Biz millətimiz sevdiyimiz üçün mücadilə edirik. Bu da şəxsi çıxarlar ya da bağlı olduğumuz təşkilatların çıxarları üçün populisti hərəkətlər edib, insanlarin duyğularını istismar etməklə dəyil, Xalqımızın və gələcək nəslin, çıxarlarını və insani haqlarını qoruyub, onlara xidmət etməklə olar. Bunun üçün hər birimiz bir dövlət adamı kimi, uyğar yaşamın əsası olan insan haqları çərçivəsində, bütün xalqımıza demokratik bir dövlət və şərəfli bir yaşam sağlanması üçün mücadilə etməliyik. Ancaq bunu da bilməliyik ki, heç bir təşkilat və hətta Güney Azərbaycan milli hərəkətinin bütünü, Güney Azərbaycanın bütün xalqını təmsil etmir və əksəriyyətin istəyi ilə hərəkət etmək məcburiyyətində deyil. Əksəriyyətin istəyinə uymaq bir dövlətin vəzifəsidir, bir təşkilat ya da hərəkətin vəzifəsi deyil. Milli dövlət olmayana qədər xalqımızın milli iradəsi ortaya çıxmaz və əksəriyyətin nə istədiyi də bəlli olmaz. Heç bir qurtuluş savaşı, həqiqəti görənlər dışındakı əksəriyyətin oyu ilə qazanılmamışdır. Güney Azərbaycan milli hərəkəti, qurtuluş mücadiləsi verən bir düşüncə axını və hərəkətidir, Güney Azərbaycanın dövləti deyil. Milli hərəkətimiz, xalqımızın içindəki öz tabanının düşüncə və istəklərini təmsil edir. Özünü səmimiyyətlə türk və azərbaycanlı bilən, Türklük və Azərbaycanın mənafeyi və xoşbəxtliyi üçün ürəyi çırpınan və fədakarlığa hazır olan insanlar, bu hərəkətin tabanıdır. Güney Azərbaycan milli hərəkətinin əsas vəzifəsi, öz tabanının istəklərini diqqətə alaraq milli dövlətin qurulması üçün var gücü ilə mücadilə etməkdir. Eyni zamanda doğru strategiyalar və taktikalər ilə, xalqımızın digər bölümünü də, milli hərəkətin düşüncəsinə cəlb edib öz tabanına daxil etməkdir. Vəzifəmiz xalqımızı olmaq istədikləri yerə deyil, olması gərəkən yerə aparmaqdır.