MÜCADILƏ STRATEGƏYASI

Strategiyalar və planlar, əsasən gizli olar və açıq şəkildə bəyan etməyə ehtiyac yoxdur. Hər milli təşkilat və qrup, öz imkanları çərçivəsində özünə məxsus strategiyasını planlayıb, öz strategiyası əsasında hərəkətə keçər. Ancaq burada Güney Azərbaycanın sosiyal quruluşu və zamanın şərtlərinə uyğun, ümumi bir strategiyadan söz edirik.
Güney Azərbaycan xalqı ancaq böyük bir üsyanla, Güney Azərbaycanda idarəni öz əlinə keçirib milli dövlətini qura bilər. Bu hədəfə çatmaq üçün yəni böyük xalq üsyanını başladıb, Güney Azərbaycan milli dövlətini qurmaq üçün, güclənməliyik və gücümüzün qaynağı da millətimiz yəni Güney Azərbaycan türkləridir. Yalnız bu potensial gücü hərəkətə keçirərək, milli dövlətimizi qurub, hədəfimizə çata bilərik. Bunun üçün hədəfimiz və ilkələrimiz doğrultusunda xalqımızı sosial, siyasi və lazım olarsa hərbi gücə çevirməliyik. Xalqımızın bütün kəsimlərini, qız-oğlan, oxumuş-oxumamış, varlı-yoxsul, dindar-layik, yaşlı-cavan və s. demədən oyandırıb, səfərbər edib, böyük üsyana hazırlamalıyıq.

Güney Azərbaycan milli hərəkəti bu günə qədər ümumiyyətlə oyanış hərəkəti şəklində mücadilə edibdir. Oyanış mərhələsi nəticəsində bugün millətimizin çoxunluğu oyanıb, türklüyünün fərqində olub və öz kimliyini sevməyə və müdafiə etməyə başlayıbdır. Bundan sonra, oyanış hərəkətinin davamı ilə bərabər, səfərbərlik mərhələsi də sürətlənməlidir. Güclü şəbəkələr, təməl təşkilatlanma və qurumsallaşmaq bu mərhələnin ən əsas vəzifəsidir. Milli fəalların iştirakı və idarəsi ilə xalqımızın fərqli kəsimlərində, gizli ya da qanuni qruplar və təşkilatlar olmalıdır. Peşə, mədəni, siyasi, ekoloji və s. quruluşlar, milli fəalların yardımı ilə yaradılmalıdır ya da milli fəalların təsiri altına keçməlidir. Mitinqlər, etirazlar, oturaq aksiyalar, mədəni proqramlar və digər fəaliyyətlərlə, həm şəbəkələrimizi genişləndirməliyik, həm xalqımızı böyük üsyana hazırlamalıyıq, həm də İranın Güney Azərbaycandakı gücünü tükətməliyik.

Strategiyanın icrası və uğuru üçün doğru politikalar müəyyənləşməlidir. Stratejik plitikalar, planlarımızın və taktikalərimizin uğur ölçüsü və şablonudur. Planlarımız, nə qədər politikalarımız doğrultusunda irəliləməyə səbəb olmuşsa o qədər uğurlu sayılar. Güney Azərbaycan milli hərəkətinin bəzi önəmli stratejik politikaları bunlardır:

  • Milləti siyasiləşdir və hərəkətə keçir 

İran hökumətləri bilincli olaraq xalqımıza siyasətin faydasız və təhlükəli olduğunu təlqin edib, onları passivləşdirməyə çalışır. Bunun üçün, milli hərəkətimizin əsas strategiyalarından biri milləti aktiv siyasətə və siyasi fəaliyyətə çəkməkdir. Millətin qəlbini və zehnini qazanıb, onları hərəkətin fəalları və yaradanları etməliyik. Taktikalarımız nə qədər xalqımızı siyasiləşdirib, milli mücadiləyə cəlb edib, hərəkətə keçirirsə, o qədər uğurlu sayılar.

  • İrancılığın ideoloji nüfuzunu çürüt 

“İranda yaşayan xalqlar bir millətdir, ortaq taleyi var və ortaq dili farscadır” bu cümlə, irançılıq teorisinin əsasını təşkil edir. Bu yanlış teori, Güney Azərbaycanın istismar olunması və müstəmləkə kimi qalmasının əsas səbəbidir. Millətimiz bu teoriyə inandığı müddətcə, hərəkətə keçməz və öz taleyini öz əlinə almaz. Bunun üçün bu teorinin yanlış olduğunu xalqımıza göstərib, çürüdüb, yox etməliyik. Fərqli taktikalarla Güney Azərbaycanın fərqli millət olduğunu, İranın başqa xalqları ilə eyni çıxarları və taleyi olmadığını, hətta rasist İran dövlətinin Türk düşməni olduğunu və millətimizin fars dilinə deyil, öz türk dili və mədəniyyətinə bağlı olduğunu göstərib hər kəsi inandırmalıyıq. Fəallarımız da bu teorinin doğrultusunda qurulmuş fəaliyyət və birliklərdən uzaq durmalıdır.

  • İranın otoritesini Güney Azərbaycanda zəiflə 

İstismarçı dövlətlər müstəmləkələrini, yerli insanların yardımı ilə idarə edərlər. Bunun üçün, istismarçının təbliğatına inanmış, onu güclü və ədalətli bilən yerli insanları seçib, onların vasitəsilə otoritelerini təmin edərlər. Hər başarılı milli hərəkətin ən önəmli strategiyalarından biri, özündən olan amma düşmənə çalışan övladlarının üzərində düşmənin hakimiyyətini zəiflətmək və milli hərəkətinə cəlb etmək, ya da ən azından istismarçıya olan bağlılığını və itaətini azaltmaqdır. İranın dövlət orqanlarında çalışan, Güney Azərbaycanlı bürokratlar, işçilər, müəllimlər, idarəçilər, polislər, sepahilər, əsgərlər, hakimlər, kəşfiyyat məmurları və başqalarında, nə qədər İran bağı azalıb, milli düşüncə çoxalsa, İranın Güney Azərbaycanı idarə etmə qabiliyyəti o qədər azalacaq və otoritesi də o qədər zəifləyəcək.

  • Diplomatiya ilə hərəkətinə qanunilik və dəstək qazan 

Milli hərəkətimizin qanuniliyi, rəsmiyyətə tanınması və önünün açılmasına çalışmalıyıq. Bunun üçün xarici ölkələr, beynəlxalq təşkilatlar və insan haqlarını müdafiə edən qruplarla əlaqəyə keçməliyik. Lobbiçilik, kampaniyalar, mətbuat bülletenləri, media reportajları və sosial media dalğaları ilə, beynəlxalq alqını Güney Azərbaycan xeyrinə formalaşdırmalıyıq. Güney Azərbaycanda insan haqları ihlali və başqa cinayətlər ilə əlaqəli, beynəlxalq məhkəmələrə və qurumlara müraciət etməliyik. Və s.

  • Məjazi dünyada hakimiyyəti qur 

Sosial media və məjazi dünya, dövlətlərin hakimiyyəti altında olmayan tək mühitdir. Bu gün insanların əlaqəsi, bilgi paylaşımı və sosiallaşmasının çoxu bu ortamda olur. Sosial media və məjazi dünya, ən böyük avantajımız olmalıdır. Xalqımızın içərik ehtiyacları, milli hərəkətin kanallarında təmin edilməlidir. Sosial media şəbəkələri ilə xalqımızı şəbəkələndirib, təşkilatlandırmalıyıq. Güney Azərbaycanda gündəm, milli hərəkətin kanalları ilə idarə olunmalıdır.